SƏN NƏ QƏDƏR GÖZƏLSƏN!SƏN NƏ QƏDƏR GÖZƏLSƏN! Sən nə qədər gözəlsən? Üzün üzlərdən gözəl, Bir ceyran baxışın var, Gözün gözlərdən gözəl, Üzüyün hərarəti Yanağımı yandırır. Ləblərində alov var, Dodağımı yandırır. Bəxtimə doğan günəş, Ürəyimsən, canımsan, Təkliyə yoxdur həyat, Sən mənim həyanımsan. Dünya yaşayanındır, Gəl yaşayaq ələlə, Sevgi dastanı olaq, Düşək dodağa, dilə. Saf məhəbbət ürəkdə Şişir bir cahan olur. Yalançı duyğuların Ömrü bircə an olur. O qədər sevim səni, Sevgi dünyaya dönsün, O qədər sev ki, məni, Dünya cənnətə qonsun. Ürəyimdə nöqsan yox, Bilir Allahım bunu. Heç kəs geydirə bilməz, Saf məhəbbətə donu. Toz torpağa qarışıb Qızıl olan eliksir Neylər eşqə, sevgiyə? Haqqdan gəlir bu sehir, Əksin gözümə düşüb. Sözlərin dilimdədir, Ruhun duyğularımda. Eşqin ürəyimdədir, Sən nə qədər gözəlsən! Səni vəsf eyləməyə, Yoxdur gücü sözlərin. Sən nə qədər gözəlsən! Sənə tərif demyə Aman vermir gözlərin. Hər şeyi unuduram, Hər şey yadımdan çıxır, Gözümdə od parlayır, Başımda şimşək çaxır, Baxıram gözəlliyə Hər şeyi unuduram, Hər şey yadımdan çıxır. Sən nə qədər gözəlsən!!! Sən nə qədər gözəlsən!.. Elbəyi CƏLALOĞLU |