EŞQİNİ DÜNYALAR SANACAM SƏNİNEŞQİNİ DÜNYALAR SANACAM SƏNİN Hər səhər yenidən bahar günü tək, Əlvan güllərinə qonacam sənin. Əsrarı can alan nəğmələr kimi, Dilində, dişində sınacam sənin. Gətirib gözlərin məni riqqətə, Uzun hörüklərin yoldu cənnətə. Yüz ağsaqqal gəlsə yenə minnətə, Kərəm tək oduna yanacam sənin. Gör necə sevmişdi Məcnun yarını? Kim çaldı dünyanın sevgi tarını? Əridər atəşim sal buzlarını, Yerinə qayada donacam sənin. Əsirgəməz sənə Elbəyi bir can, Sənsiz kainat da gözümdə viran. Xəyalınla gəzib, dolaşıb hər an Eşqini dünyalar sanacam sənin. Elbəyi CƏLALOĞLU |