Çağdaş dünya çəpgöz baxır
Çağdaş dünya çəpgöz baxır
Bu çağdaş dünyamız qana çalxanır, Bəşərin başında şimşəklər çaxır, Boş yerə nə qədər nahaq qan axır, Dünya da mal kimi dayanıb, baxır. Qaçqın da mənimdi, köçkün də mənim, Qana qəltan olan körpə də mənim, Yerlə-yeksan yuva mənim, yurd mənim, Dünya da lal kimi dayanıb, baxır. Köçərilər, körpü, keçid, köç mənim, Köhnə də mənimdi, köhlən də mənim, Meşə də, orman da, pöhrən də mənim, Köpəklər köndələn, nə köntöy baxır? Qaniçəndə, canilərdə yoldaşlıq, Hanı harda doğru, dostluq, qardaşlıq? Bu çağdaş dünyada varmı çağdaşlıq? Səngərli, sənlərə çəp, çəpgöz baxır. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ |