Ömür tablolarım
Ömür tablolarım
Çən, duman da qış ömrümdən, Yaradan yazan səhifə, O rəngarəng tablo, lövhə Tanrım verən nə xoş töhvə. Nə versə, ona qaneyəm. O tablonun rəngi əlvan, Qışda dümağ, bəyaz olur. Yazda yaşıl, yayda yaşıl, Saralır əlvan çalarlar, Xəzan vaxtı xaşıl olur. Bir ömür başdan – başa Tanrım, tale, tamaşa. Həm sevincdi, həm də qəm, Sazda “Sarıtel”, “Dilqəm”, Dəmadəm də dəm olur. ~~~~~~~~~~~~~~~~~~~~ |