İyrənmişəm , Qorxuram
İyrənmişəm
Yolda, tində duran itdən, Siçan, sinək, sirkə, bitdən, İlan-çayan, şərdən, şitdən, İyrənmişəm bu mühitdən. İkiüzlü, irsiz adam, Dəymədüşər, dəli, dəngdən, Yalan-palan, paxıl, əngdən, İyrənmişəm bu mühitdən. Zəli, zəngin, çalan əqrəb, Çalağandan, ağlağandan, Yaman, yalançıdan, yarəb, İyrənmişəm bu mühitdən. Şərxatadan, şərəfsizdən, Tərbiyəsiz, tərəfsizdən, Lovğa, lotu, eh o üzdən İyrənmişəm bu mühitdən. ~~~~~~~~~~~~~~~~~~~~~ Qorxuram Ay it, niyə hürürsən? Dedi ki, qorxuduram. Quyruğun da titrəyir, Dedi mən də qorxuram. Yaxşı məsəldi, məsəl Tamam-kamal müfəssəl. Qorxu canda olmalı, Qorxu qanda olmalı. Çoxalıbdı hürənlər, Müftə ömür sürənlər, Sülənən, sürünənlər, Lal sükutdan qorxuram. Nifrətdə, həm nisbətdə İt də ikiüzlüdü. Bir ismətdən, qismətdən, Bir də itdən qorxuram. ~~~~~~~~~~~~~~~~~~ |