Sidq ürəkdən olanda
Sidq ürəkdən olanda
Oğru da Allah deyir, Doğru da Allah deyir, Arlı da Allah deyir, Arsız da Allah deyir. Varlı da vallah deyir, Varsız da vallah deyir, Yanan da vallah deyir, Yaman da vallah deyir. Bihəya billah deyir, Bihal da billah deyir. Biar1 da billah deyir, Bimar da billah deyir. İbnə də illah2 deyir, İblis də illah deyir. İrtica illah deyir, İslah3 da illah deyir. Bimərifət, biədəb, Biabırçı, bihudə İşlədəndə ifadə Dil də bismillah deyir. Sözə yoxdu qadağa, Söz də cana sadağa, Sidq ürəkdən olanda Dil də maşallah deyir. ~~~~~~~~~~~~~~~~~~ Qeyd: 1.Biar – abırsız, həyasız, utanmaz; 2.İllah – xüsusilə, ələlxüsus; 3.İslah – üzüyola, sakit, farağat mənasında. |