Var ay sazım
Var ay sazım
Sənətkarın sinəsində Haray çəkən haray sazım, Hələ sənə xor baxanlar, Ögeylərin var, ay sazım. Bostanına daş atanlar, Nə yaxşı ki, yaşadanlar, Yaxınların, doğmaların Vallah-billah var, ay sazım. Kəsilmişə bir “Kərəmi”, Bir “Dilqəmi” çal ay sazım. Bəlkə gələ din – imana, Sənə dolay deyən, sazım. Səngərliyəm, yağım, balım, Sənsiz fəna, heçdi halım, Sən salamat, mən saralım, Ağrı – acı görmə, sazım. ~~~~~~~~~~~~~~~~~~~~ |