Hər kəs yerin bilməli
Hər kəs yerin bilməli
(təmsil fason) Bir çanaqlı tısbağa Gəlib, girmişdi bağa, Bağa dedi qurbağa Burda mənəm bəy, ağa. Bağa dedi çıxmaram Daha yal-yamac, dağa. Orda həsrət qalmışam Mən qatığa, qaymağa. Qurbağa qəşş eylədi, Güldü, getdi özündən. Damcı - damcı yaş axdı Dolu, domba gözündən. Birdən əqrəb çalanda Fısıldadı ilan da, Fikir çəkdi filan da, Dana çıxdı özündən. Dana dedi dayanın, Ay əqrəb, ay tısbağa, Qatıq, qaymaq, mənim yağ, Yaşıl çəmən, bağça - bağ. Yeriniz kol - kos sizin, Sürünməkdən qabardı Əl - ayağ, dirsək, dizin, Görməyim burda izin. O gündən də tısbağa Çəkildi çanağına, Bağ hara, bağa hara, Hədəf gülüşə, lağa. Böyük, kiçik, ya çağa, Olsun bağa, qurbağa, Qansın nədi qadağa, Bilsin yerin, ay qağa. ~~~~~~~~~~~~~~~~~~ Hüseyn Aslanoğlu (Faxralı) 24.08.2011-ci il |
ne güzel
sağlıcakla