BİR AZCA....Bədbəxtlik ver mənə bir az xöşbəxt olmaq üçün. Baxışların izləməsin kölgəm kimi sürünməsin arxamca... Bədbəxtlik ver mənə yaşamağı bir azca dadmaq üçün. “Bəlkə də” kəlməsində, istehzalı gülümsəmədə öldür ümidlərimi.... Bədbəxtlik ver mənə gözlərdən dodaqlara qədər ömür yolu keçən göz yaşları kimi saflaşım, mənləşim bir az.... Bədbəxtlik ver mənə deyilməyən sözdə, oxunmayan kitabda, gizlənim bir az.... bədbəxtlik ver ki,.... bəlkə özümü itirdiyim dünənimlə özümü tapacağım naməlum gələcəyimə yol tapa bilim... Sadəcə... Yoxsul bir zaman ver mənə bədbəxtlik ver mənə.... |
şiirinizi bazı kelimelerinin ne olabildiğini tahmin ederek okumaya çalıştım.
akıcı ve anlamlı olduğunu hissettim,
beğendim Sevgili Türkan,
sevgimle...