NOVELLABir novella yazdım səndən bəhs edən. Orda dostların, tanışların vardı, orda işlərin uğurların vardı, mən də vardım.... Sənin əhvalatını yazdım olmuş hadisələr uydurdum, gecə və gündüzlə bəzədim, xöşbəxtlik və bədbəxtliklə mənalandırdım. Qısa bir həyat qurdum, mən də vardım orda.... Bütün həyatlar kimi sənin həyatında da yazın və yayın gətirdiyi kədərin üzərini payız xəzəliylə, qış qarıyla örtdü. mən də vardım bu həyatda... Beləcə yaşadın qələmimin rəqsində, ağ kağızın köksündə dodaqlarımda oynayan sözlərdə.... Sonda üç nöqtə qoydum. Dünən bir nəfərin novellamı oxuduğunu eşitdim. Orda mən yox idim... |
Hoş ve gözel gelmişseniz
kutlarım