6. OVERTURA
160
6. OVERTURA Yer--yer Sel--sel Aşır--daşır Torpaq dənizi Sürü canavar ulayışından Mən Canavar oğlu canavar Sürüdən iraq Ləhzə alıb Ləhzə satıram Bu alış--veriş bazarında Soyumdan uzaq Yalnız yalquzaq kimi = . . . Və Bilmirəm Nə zaman Və harada Göy tanrı kimi göy Başı ucalığa Dayanmış ağaclar Və duvarsız bir ev Birdə mən belində donqar Əlsiz barmaqlarımda çəlik =Orada= Zaman səsindən savayı Qu vırısan Qulaq tutur 161 Və susqun çalarında Mazar geyinməz Sümüklərə oxşar Tavansız bacadan boylanır Mən Və Ayaqsız əllər üstüsndə tabut Gözlərimi çaşıdır Əski xəyal arxivinə bənzər Mən görməzliyinə Overtura çalır Ah Bu ah Atom qoxusu çiləyir damarlarıma Görünməz boyada Və bir ovuç yalqızlıq ilə Ayaqlarımı Hardan-hara aparır Nəbilim kimi =Orada= Qısır qədərimə Və Overturasız ağaclar əsiminə Nə deyir Burasızlıq Yalquzağın Son şamına bənzər Ah Göy tanrı kimi göy 162 Başı ucalığa dayanmış ağaclar Üzü quylu Boylanır Və mən baxışlarından Yarpız diləyir Qaraçı-qaraçı Mən Və məndə deyil ikən Kağız dustağına Bardaş qurub Gözlərimə yazılıram Səmfonu--səmfonu Böylə axar--baxarlıq Atdım--atdım Pərdə--pərdə Sərgilənir gözlərimdə Və hər bir xal Heca--heca Dərgilənir izlərimdə Sankı Qırx boyu qədər Ah çalır Duvarsız evdə Ah Şu qırx Saçlarıma Ağıt körpüsü Qırx çiyinlərində tabut Və kağız dəsmalına bükülmüş Qoşa göz 163 Mən O tabutun gəlişinə baxıram Hey Və bxıram Gələcək kimi Qoşa göz Qara pişik olubda Mən hüzurunu sezir Və baxış pəncəsi ilə Baxarlığımı üşüdür Və əlsiz barmaqlarıma Çəlik diləyir Və burası . . . Boyasız zaman Nə gecə Nə də gündüz bəlli Saatlar Ölçüsüz Saniyələr Həyəcansız pıçıldaşır Qara--qara Və yüyənsiz aylar Felisiz sənələr Gözdən gözə Keçir Hər bir boya əriyir Birər--birər Və Sezdiyim nəsnələr Buz kimi 164 Təkər--təkər uyuyur Ulduz kimi Və hansı Bir meyid gözlərı Qapanacaq gözlərimə Nəbilim kimi Və nasıl rəngə boyanacaq Orasızlıq Burasızlıq Və şurasızlıq De ! Necə Sezəyım Tanımadıqım Meyid gözləri ilə Özümü Ah Buralarda Bir mən Bir qara Nə özgə dünya =Oralarda= Var ilə yox Çəlişgisi =Şuralarda= Hər zad xəyal Gerçək deyə Bir nəfəs Və bir səs Əsgi xəyal arxivinə bənxər 165 Mən görməzliyinə Overtura çalır Ah Və overtura xallarında Gözlük qarasi Və saxzafon harayı Xana--xana Bu xanalar sırasında Bilimirəm Necə Və harada Alışır dağda yanır Və arpa çayı Daşır--daşır Və çaşır Və Sara bənzər dolaşır Böylə daşarlığı Mən görəməz Yalnız eşidər Yalqız--yalqız Bu yalqızlıq ötəsində Qara çadır his tutarmi Şair könlü pas tutarmi . Dedi:-- Ah Elə bu saat Bu zaman Mən görməzliyində Saxsafon ahı Sən görərliyində 166 Mənəm--mənəm tamahı Və biz önündə Yersəl yasalar boyasını Sən görüb Oxuyar bitər Mən görməz dinləyər Ötür Əsgi xəyal arxivinə bənzər Və mən görməzliyinə Overtura çalır Qara--qara Ah Bu qaranlıq Əriş--əriş Aslaq düşüncədən Bir gecə Obaşdan şafaqını içərək = O = Sevişir sevgisi ilə Sevə--sevə Və sevilə--sevilə Böylə bir =hə= Gizli əvət gərdəsini salır Qız balalıqına Bu Doqquz Otuz Doqquz Qara Goqquz 167 Mavi Mas--mavi Doqquz Saat Doqquz Saniyə sonu dadır Qadınlıqın dadını Bakirə çiçək royasında Qırmızı qırmızı O--bunu Və bu --onu Anıbda Aşırı daşınmadı Qurur qoxudu Dar yol boyu Dağ yuxarı sevinir Dizin--dizin Yorulmadan İnanc dolu yol daşınır Bu iz ağı Öz yolu Gedər Gövdəsiz gedər Və ayaqlarını borc alıbda Saysız Dar yol keçər Dalanba--dalan Və doğulmamış Körpə izini öpür Dolanba--dolan 168 Bəm--bəyz ....Səhərin gözü açılarda Çiçək gülür Çiçək Və torpaq hüzuruna Minlərcə salam Qoxuyur Doğudan Batıya qədər Və -ağız- içmədən Göy tanrı Deyə bilmədiyini Deyəcək Dedi =Mən= Bu aşq Buda çiçək Sütül sünbülü ucunda Dən əkir Və qaynarlıq duyğusu Şoranlıqda Sütüyən çəkir Bu aşq Quş sevgisi deyil Haaa !!! Budaqdan Budaqa qonsun Biz sevgisidi Doğudan batıya Batıdan 169 Doğuya gədər Və bahur nəğmələr Quzeydən--güneyə Güneydən Quzeyə qedər Və overturasu Göysəl ayələr Daş qapanmış könüllər Devirər Bunu Mən görməz Eşidər Ylqız yalqız Ancaq Göy tanrı ışığı Barış yaraşığı Üzü torpaqda insan Özünə dönərək Varaqlanır Kitab--kitab Və kim olduğunu sezər Sorğu--sorğu Yanıt yanıt Dedi Mən Bax Gör Və eşit Zaman aşırısı Görər--görər 170 Qaralayır Göy tanrı işığını Və sevgi oğlu qınanır Amansızca Zaman buyruğu ilə Bu səs İpəksu dirəniş deyil Çəlişgi havası qaşınır Ranza uzanışı Və urşəlim Özünə daşınır Bu ipəksu dirəniş deyil Qılınc qızartısı qızarır Dəvə savaşı kimi Əsgi xəyal arxıvınə bənzər Və mən görməzliyi Overtura çalır Ah Şunu mən görəməz Eşidər Yalqız--yalqız Və Kirisməs gecəsi İkimində Dedi :-- Zaman Bir qadın kimi Özündən Körpə doğar Hansı qadın Doğduğunu boğar 171 Zaman bir qadın kimi Biz birə qarışıq İki minə Əlvida . . . Mən görməzliyi Saxsafon Harayı Sən görərliyi saymaz Və dinləməz Overtura Boyu . . . 2 000 Kirisməs gecəsi Saat üç Alman Huhen--Laypiş M. Ərğəvan (OVERTURA KİTABIN DAN) |