DIVAN-I ƏRĞƏVAN
URVA(100)
Anla, andım, urvanın urvalığını. Urvalığı eldə etdiyimdə, yenə, azlığını anladım. Anlayışsız olduğumdan yana, urvalı dal gəzdim. Gəzişmələr boyunca, dal damarında incə incə dolaşan nədirsə, onunlaşmaq istədim. İstək olmadığında, urvada urvalıqda, ön yetməz diləklərə, boy atar kimidir. Hoylinin bir udumluq urvası olsa bilə, mənə deyil. Ucra urvaçı; düşün dəyirmanında, urvalığını dartar. Hər bir dartışında, könazlığın gərəksiz olmuşluğunu bilir. Bilir ki; anlayış yavanlığı, öylə bir tükənməzlikdir ki; degi yetənəksizdir, açıqlasın onu. Onu anladığım an, urvasınada, urvalığınada arxalandım. Anladım ki, urva yavanlığı; yalınzbaşına yıxılışdır. Üzülmədim ki; yıxılan, bir gün yenidən durar. De! Görüm, de! Ömür boyunca, üzüquylu, yerdə qalan var mı? Əyər varsa; urvasızdır, urvalıqsızdır. Ucra; Sevməsən, sevmə məni, küs kimi dindirmə məni, çəkdiyin ah buğu bənzər, göyə mindirmə məni. Baxda gör, can çəkişi, son soluğun yerdə dərir, qaldırıb tabut ilə, çiyninə yendirmə məni. Yendirirsəndə, yavaş qoş, qara gurqanlığa, Sən, bükdüyün ağ kəfən ovcunda, deyindirmə məni. Tələsik atma adım, dur, qoxunu sus/qu dərim, qoxusuz torpağa, gür sızla, geyindirmə məni. Sanki bir öc günüdür, bir acımaz, can alacaq, al canı, qurdquşa yem, böylə yeyindirmə məni. Geri dön, sal yerə tabutu çiyindən, Səhər, ey, Ərğəvan/sız kədərin varsa, sevindirmə məni. Urva: Süfrə, dəstərxan |
al canı, qurdquşa yem, böylə yeyindirmə məni.
Geri dön, sal yerə tabutu çiyindən, Səhər, ey,
Ərğəvan/sız kədərin varsa, sevindirmə məni.
Çox gözeldi beyitler üreyiye saxlık usta
________________________Salam olsun Ata Yurduma