BAXIN BAXIN (88)
DİVAN`I ƏRĞƏVAN (88)
Oyyy, burax öz başına, başı ayaq, ayağı baş olmuşu. O, könlü dolmuşu boylu qılmışdır öd deyə, inanamır öz adaqlığına, oyyy. Ucra inamsızlığından; yorğunluğunu, vurğunluğunu, qorqudluğunu duyamır, sanki. Burax getsin, öz əsrukluğu üçün. Əsrukluq dəliliyini kim görürsə, oyyy söylər, oy. Görər boynunda, halqalı zəncirini. Eşidər, səsini. Ucra; sevda zənciri, hər kimə düşməz pay, sus. Ayaq barmaqları üstündə göydəsi oynarkən, qaval əsnəkliyi, türkü deyir. Mahnasız əsrukluk ilə sini--sini sezir özünü, ooyyy veririr nənə qamlığına inanamışlığım, oyyy. Ay başı ayaq, ayağı baş mən. Öd, boylu qılmış balalığını. Sorma, nədənin. Ucra; baş barmaqlarının üstündə səssiz bir, oyy. İç səsli bir hoy, əsrukluğumla oyanır, haaa. Oyyy, oylayaraq gövdəsiz ödü utandırdım. Tov tutduqlarını bildiyimdən yana, sunamadım. Utanmışlığını seyir edərkən mən, olmadığım yerdə oyy çalır, nənə dədəliyi yer--yer. Oyy, qaval nənələşir oyyy, oyyysa mən iç səsiylə qavallaşır. Ucra; daşqaval çağırır,”başı ayağ, ayağı baş qamını”.Obaşdan çağıdır, bubaşdan dəli qısraq kişnərkən. Dişi qurd doğurkən, ağ göyərçin uçurkən, al yerişcəsinə oyyy veririr, nənə dədəliyi. İndi, bir oyyy sevda zəncirində, bir oyyy hu qavalında doğuldu, qonaqlığımıza yolunu gözləmişliyim. İndi, məni çal. Çal məni, inanam özümə. Çal ha, çal alanında; Seyrə çıxın baxınaxın, gövdəsi anınan gəlir, əldə gərənfil biləbil, ayaq tikanınan gəlir. Göydə gümüş ay kimidir, qaranlığa pay kimidir, bir gözü göy çay kimidir, bir gözü qanınan gəlir. Yol ağına san keçirik, qımız deyib, can içirik, hər iki gözdən seçirik, qan dağıdanınan gəlir. Çün yoğurur yol bu gəliş, amacına qurduğu iş, dodağına oldu qemiş, çalğı çalanınan gəlir. Hər addımın qılır oyun, sərgi verir sanki soyun, könül boyu bax şu boyun, yoxsunu xanınan gəlir. Ərğəvan oldum necə mən, sən onu bilmək diləsən, çəkməlisən hey çilə sən, çil çana, şanınan gəlir. M. Ərğəvan |
Senden ses almak güzel...