Artıq övladlarım var sevdamızın yaşınca!
Ürəyimin başını dağlamış intizarın
Oyandımkı gec artıq, xatirəyə dönmüsən Necə hiss etməmişəm köçdüyünü bir yarın Parlaq günəşimiydin, öləziyib sönmüsən Yenə də əvvəlkitək pəncərədən boylanır Baxışların, de kimin yollarını gözləyir? Bəlkə qısqanmasam da içim bir az huylanır Kimin için sızlayır, qəlbin kimi özləyir? Bir yaşıl yarpaq olub yoluna düşmüş idim Talehin bir cilvəsi sovurub atdı məni Tər təzə hisslərimi sənlə bölüşmüş idim Bilməm nələr ayırdı, nələr aldatdı məni Buğulu gözlərimdə tüllənən günlər hanı? Onda sevincimiydin, indi mənim qamımsan İndi sənsən röyamın ən istəkli mehmanı Yuxularda mənimsən, gerçəkdə haramımsan Xəyalın günəş kimi qamaşdırır gözümü Daha çox canlanırsan səndən uzaqlaşınca Səbri də öyrənmişəm, öyrənmişəm dözümü Artıq övladlarım var sevdamızın yaşınca! |