Mən səndə var oldum məni unutdum
Yar, səni ilk bilib sevəndən bəri
Mən səndə var oldum məni unutdum İstəmədim aramızda vasitə Səni mənə sevdirəni unutdum Aradım-aradım bunca illərdə Tapmadım ətrini başqa güllərdə Dedim ki, nə hacət sən olan yerdə Lalə, nərgiz, bənövşəni unutdum Ən böyük nemətim, payəm sən oldun Məqsədim, amalım, qayəm sən oldun Tək qazancım, tək sərmayəm sən oldun Malı, mülkü, hər mətanı unutdum Sən yox ikən aman-güman yaşadım Sən olandan əmin-aman yaşadım Haçan ansam bast-ı zaman yaşadım Əriyən zamanı, anı unutdum Lütfün olar kevsərindən içərsəm Varlığım puç olar səndən keçərsəm Bütün varlığımı yoluna sərsəm Lafı olmaz təndə canı unutdum |
Tapmadım ətrini başqa güllərdə
Dedim ki, nə hacət sən olan yerdə
Lalə, nərgiz, bənövşəni unutdum
Salam qardaş
Gözəl bir şeir oxudum
Sağ olun.