YENƏ GECƏ...
***
Yenə gecə,yenə zülmət,yenə mən... Alammıram gözlərimə yuxunu. Sən də yoxsan... Xəyalındı gözümdə. Qoxlayıram kipriyimlə qoxunu. * Gəzdiyim yer biyabanın soyuğu, Didərginəm sıcağına könlünün. Mən yetimin bəxti hanı alasan Bir gecəlik qucağına könlünün... * Quşum qondu bildirçinin fəslinə, Yaz da keçdi... Quyruq doğdu göyümdə. Baxışlarım dörd divarla oynayır, Mən tənhayam,kimsəsizəm öyümdə. * Pəncərəmin pərdəsinə ilişir, Gileylənir ay işığı aynadan. Bəlkə,sənsən yaprağıma meh əsən, Bəlkə,sənsən saçlarımı oynadan. * Dinşəyirəm ürəyimin səsini, Səhv edəndə ara-ara dinməyir. Nə babadı mən yetimə bu ömür, Saçımdakı bəyazlara dinməyir?... * Yenə gecə,yenə zülmət,yenə mən... Lampalanıb asılmışam özümdən. Sən gəlmirsən... İnadına gecənin Xəyalını soyunuram gözümdən... *** |
Men teyceyem kimsesizem öyümde..... eyvallah usta
Kalemin susmasın ,
___________________Selamlar