Eşq
Gözlərə böyük görünür,həsrətdən cılizdı bu eşq
Bəlkə sənə yük görünür,çəkən üçün azdı bu eşq, Dinlətdi sükutu mənə,yoxluğu öyrətdi mənə Sən dözmədin ,ürəyimdə sənsizliyə dözdü bu eşq. Süzülərək yanağımdan ,gözlərimdən duşən adam! Ölənlər geri dönməz de,söylə boşa dözdü bu eşq! Dilarənin canı yoxdu, bir qələmdi,bir də vərəq Mən yazdımmı,yoxsa məni şeirlərə yazdı bu eşq? |
Güzel bir şiirdi, beğeniyle okudum. Nice güzel şiirlere diyor, Şair Arkadaşım içtenlikle KUTLUYORUM...