Bu sevgi
Sən məndən uzağa getdin gedəli,
Bir yaz yağışına döndü bu sevgi. Buludun gözümə endi kölgəsi, Şeh vurdu,köz kimi söndü bu sevgi. Niyə əllərimin istisi yoxdu? Ürəyim yanırsa tüstüsü yoxdu. Bu dəlinin özgə bir kəsi yoxdu! Axıb ürəyimə endi bu sevgi. Getdin bu bədəndən canı apardın, Ömrümü buraxdın,günü apardın, Səni qoyub məndən məni apardın, Ruhsuz qəlbim kimi sındı bu sevgi. Niyə nəgmələnir indi bu həsrət, Nə gəl deyə bildim,nə də ki çıx get, Susub acıları ürəyinə at Mənim taleyimdə sondu bu sevgi. Dilarə Süleyman |