Sığınıram
Mən qorxuram sənsizlikdən, adına sığınıram,
Qəlbimi bunca yaxan oduna sığınıram, Bu tənha qaranlıqda ağlamaq da asandı, Həsrət oxşayır məni, mən ona sığınıram. Kimsənin xəbəri yox daha küsə bilmirəm, Dilimlə danışmıram,qəlblə susa bilmirəm, Qapıları hər kəsə bağlamaq da asandı, O qapının ardından ümid kəsə bilmirəm. Hər kəs gözəl oynadı öz sevgi oyununu, Hər iş düşdü yoluna, hər kəs tapdı tayını, Dərdlərimi ürəkdə saxlamaq da asandı, Onsuz da eşitməyir kimsələr harayını. Doğru danışım desəm , əyriyə dəyişərlər, Yalandan üzə gülsəm mənə nəğmə qoşarlar, İnsanları ,Dilarə, yoxlamaq da asandı, Qorxuram sevdiklərim gözlərimdən düşərlər. |
Emeğine sağlık
Selamlar