sensiz olan kadınımSevgini itirəndən həsrətini qazandım Mən səni sevə-sevə sənsiz qalan qadınam Sənsizliyi önündə yoxluğunla bəzəndim Halını röyalarda xəbər alan qadınam. Bu sevginin önündə dura bilmədi illər, Həsrəti yaraşdırdı bizə o namərd dillər, Uzaqda o baxışlar, uzaqdadır o əllər, Mən səninlə olmayan, sənin olan qadınam. Getdiyində ağlayar,gəlsən yollar sevinər, Baharda xəzan vuran,gülsən güllər sevinər, Bir bu qərib sevinməz , yanar, küllər sevinər, Qəfil qış günəşində açıb, solan qadınam. Qəlbindəki o kədər, ruhundakı sarı sim, Gəncliklə olan hədər, gözlərində qalan kam, Sevginlə xoşbəxt olan, həsrətinlə bəxti kəm, Ürəyinə,ömrünə yuva salan qadınam. Dilarə Süleyman |