HASRET
Gözümü yollar yorub, hara baxım indi mən,
Yoxx sən gələn deyilsən, boşunadı bu həsrət, Mən dondum sənsizliyin ayazından , sevgilim, Ruhum dondu bədəndə, üşümədi bu həsrət. Nolar ətrini qoy get, yellər vursun üzümə, Səni sevdiyim bunca illər dursun üzümə, Məndən alan taleyim səni versin özümə, Bir ömür mənlə boşa yaşamadı bu həsrət. Adın dodaqlarımda bənövşə tək bükülüb, Sevgimizin taleyi gözlərimə çəkilib, Ətəyim çoxdan boşdu, inadlarım tökülüb, Dağ dərdimi boşuna daşımadı bu həsrət. Alıb daha ruhumu çıxıb ömürdən gedim, Nə sən sevmirəm dedin, nə mən sevmirəm dedim, Ömrümdəki ən əziz, özlədiyim tək adam, Dilarətəki özübaşınadı bu həsrət. (ÖZÜBAŞINA-BAŞINABUYRUK) |