Bilirsən necədir halım?
Bilirsən necədir halım?
Yazda qara bulud kimi İncidilmiş bir körpənin Gözündəki sükut kimi Bilirsən necədi halım? Sözüm kəsir ayaz kimi Daha məsum deyil duam Sən gördüyün bəyaz kimi. Halımı soruşan adam, Adamlarda hal qalmayıb Özümü haldan salmışam Adamlara bel bağlayıb Neynirsən necədir halım? Xəlvət düşən çən kimiyəm Bəlkə sən də mən kimisən Bəlkə mən də sən kimiyəm! Bilirsən necədir halım? Gah kövrəyəm , gah dəliyəm Bacarırsan itirdiyim Güvənimi ver geriyə. Barışmışam bu dünyayla Hökm oxunmuş can kimiyəm Bilirsən necədi halım? Elə mən də sən kimiyəm. |
sonsuz selam ve iyi dileklerimle.