HƏR ŞEYDƏ BİR GÜNAH VAR
***
*** Hər şeydə bir az günah, Günahında cəza var. Hər qismətin qədəri, Qədərində qəza var. * Hər topraqda bir toxum, Hər toxumda ehtiras. Hər aşiqdə umacaq, Hər məşuqda etiraz. * Hər dənizdə bir sükut, Hər sükutda bir səs var. Hər qəfəsdə azadlıq, Azadlıqda qəfəs var... * İki işıq arası... Hər işıqda qaranlıq. Qaranlıqda bir umud, Aydınlıqda toranlıq. * Partlayan köpüksə o, Köpüyün öz günahı. Odunun savab dərdi, Atəşin köz günahı. * Sınmışın calaq dərdi, Yerişi çolaq dərdi, Cahilin qulaq dərdi, Alimin söz günahı... ... Hər şeydə bir günah var... *** |