MƏNDƏN ÖTÜB QARDAŞIMA DƏYƏN DAŞ
***
Daş tökülür bacasından ruzimin, Qazança daş,ləyənçə daş,ləyən daş. Hesabını qurşağıma yazmışam, İstəyirsən,istəmirsən bəyən daş. * Dağ başıma gedən yolda dikdi o, Kor yabıyam belimdəki yükdü o, Nə qəsrlər,nə saraylar tikdi o - Məndən ötüb qardaşıma dəyən daş. * İsti yazın yağmurunun yaşı o, Kim quruyar...kim qurumaz naşı o, Bəndə kimdi,bir Allahın daşı o, Tərəzimi tarazımı əyən daş. *** |