Dönüş
Kainata iz salan bir körpüdən keçir ruhum
Zərrələrdən qopan andı toplayaraq içir ruhum İki aləm içindəyəm məndən mənə keçir ruhum Hüzura bir addım qalıb. Nifrət,təkəbbür yad mənə istəmirəm daş toplayan Cismimi il qocaltmayir gərək yoxdur yaş toplayam, Nə ağırlıq vardır atıb yüklərini boş toplayam Qəlbimdə sükut toplanıb. Saat kimi qurulubdur,zamanına qaçır ömrüm, Sevinc bircə an qədərdir qanad açıb uçur ömrüm, Dərdi hikmət sandım deyə həsrətinə naçar ömrüm. Beşiyimdə qəm bələnib Arzuları istəməyə bir az ümidim də qalib, Bir tamaşa izləyirəm həyat adlı,vaxt azalıb, Günahlarım savabima vicdanı minnətçi salıb, Təmizə çix ,tövbələnib! |