Dünya
Günahsız gəlmişdik,təmiz qalmadıq,
Dünyamı kirliydi ,bizmi bilmədik, Nə aza,nə çoxa razı olmadıq, Bizdən narazıdı bu dəli dünya. Daim haqq-hesab var şüuraltında, Sevinci yaşarıq dərdin dadında, Ağ günə çıxarmaz öz qanadında, Qara fikirlərlə zədəli dünya. Ruhunu canından küsdürər sənin, Haqqını nahaqqa əzdirər sənin, İlhamını sözdən küsdürər sənin Zalımdır bu qanlı-qadalı dünya. Necə izim qalsın izlər içində, Batmışam naləli səslər içində. Yaxşını,pisidə bəslər içində, Dilarə, belədir xatalı dünya. |
selam ve saygılar sunuyorum.