Söz
Söz
Söz mənim ürəyimin sarı teli kimidir, Söz cilvəli qadındır aynanın qabağında, Söz ruhun pıçıltısı,gözü,dili kimidir, Sən kimsən bəlli edər dilində ,dodağında Söz dostun,söz düşmənin,özünsən öz düşmənin, Dilini dinc saxlasan olacaq az düşmənin, Yaman deyən olunca,olaydı yüz düşmənin Söz səni dost eyləyər yadların ocağında. Sevgini puç edən o,hörməti heç edən o, Ölsən sənin adından tarixə köç edən o. Məlhəm olan,qəlb qıran,canları acıdan o Soyuq yellər əsdirər isticə bucağında. Bircə kəlmə mənalı söz əhvalı təzələr, Dərdin -qəmin dağılar ,sankı qayğın azalar, Dilarə Süleymanı min kitaba yazalar, Yenə gəzər bir yeni gözəl söz sorağında. |
İçten duyarlı yüreğinizi ve güzel kaleminizde bitmez kef aldım…
Kutlarım…
...................................... Saygı ve selamla..