BU YERIN GEDƏNI SON BAHAR DÖNƏR
***
Gün qalxır, dizini dirəyib yerə, Utanır elə bil,üzü qızarır. Qızıl toz səpir o üfüqlərinə, Bu yerin ağ çölü,düzü qızarır. * Bomboz bir havanı döşünə almış Çapır sabah yeli kəhərə minib. Nə qədər xəyallar at üstündədir, Nə qədər arzular yəhərə minib. * Soyuyur yanağı həftənin,ayın, Soyuyur günlərin al dodağında. Təqvimlər fışqırır ehtirasını Son bahar öpüşü kal dodağında... * Hardadır o səda,o nalə,o səs? Ruhu həzin olan qulaq kəsilir. Dilindən dolayı bəlkə bir çinar, Sözündən dolayı qovaq kəsilir. * Çəkir duyğuları özünə sarı, Dağlar bəyaz başlı,gözü qürbətə. Bir ana,sızlayan ayrılıqlara, Dualar eyləyir üzü qürbətə... * Bu yerin gedəni son bahar dönər, Xınalar allanar gəlin əlində. Bir gəlin nazlanar qucağa düşüb, Saçları giriftar əlin əlində. * Göz qırpır sallanıb bir xəzan yenə, Səmada ağ quşlar... Güzar axtarır. Gizlənib gözündən sabah yelinin, Bir xəzəl özünə məzar axtarır... Gün qalxır dizini dirəyib yerə... *** |
Yüreğine kalemine sağlık
____________________________________Selamlar