Ezizim💐Bakışların
Baxışların
Sanki ürəyimi oxuyacaqmış Dərinlərə baxdı o baxışların, Ruhumdan gözümə selləndi yağış, Şimşək kimi çaxdı o baxışların. Qınadı, sınadı, hökmümü kəsdi, Savaşsız qalibdi, yenməkdi qəsdi, Tufanlar qoparıb qəfil də susdu, Qürurumu yıxdı o baxışların. Ruhumu çıxardl can bazarına, Çarəsiz tərk etdi eşq azarına, Qurban verdi məni bir nəzərinə, Odsuz -közsüz yaxdı o baxışların. Xəyalı, ümidi mənə çox gördü, Vüsal öz yerini həsrətə verdi, Dilarə , nə vaxtdı bu gözlər kordu, Açılanda yoxdu o baxışların. Əzizim Ürəyimi saxla məndən xatirə, Dizlərində körpə kimi əzizlə, Qoyma həsrət onu yeyib bitirə, Ağla , gülüm, həsrətimi təmizlə! Görüş üçün yorma ayaqlarını, Yuxuma gəl, elə həmən yoxuşla, İtirdim bəxtimin varaqlarını, Səni ömrə yazanmadım, bağışla! Gül yanağa jalə qonar adınla, Günəş doğmaz üfüqümə quruda, Sən yaşadın eşqi başqa qadınla, Mən yadına düşürəmmi arada? Zaman bizi ötüb keçdi , unutdu, Niyə belə qocalmısan, əzizim? Məndən sənə bilmədim ki nə qaldı, Səndən mənə sən qalmısan, əzizim! |
Sunulan şiirleri okuyarak beğenerek paylaştığınız için teşekkürlerimi sunarım...
........................................................................ Saygı ve selamlar..