qayıtma
Bahar nəsimini çapar eylədim
Aşiqə söylədim, getsən qayıtma Nərgiz, yasəmənin ətrini duyub Özgə çəmənzara çatsan, qayıtma! Çıxsan dağ başına qartal olmazsan, Geniş düzənlərdə qonaq qalmazsan, Həsrətdə yanmasan qədir bilməzsən, Vüsalı dünyaya satsan, qayıtma! Yağsa, torpaq ətri gətir gələndə, Yolunda bənövşə bitir gələndə, Nolar yaddaşını itir gələndə Bu qəlbdə bir qərar tutsan, qayıtma! |
Şiirli duygularınızı tebrik ederim, duygu yoklu kelimeler dile gelmiş…
Kaleminize ve şiirinize coşkular sunarım…
........................................................................ Saygı ve selamlar..