Gözlərində. Məni
Gözlərində
Gözlərin şirin yuxumdur, Yatım qalım gözlərində, Sənsiz yaşamaq qorxumdur, Batım,qalım gözlərində! Varlığındır qanad mənə, Bir ümiddir həyat mnə, Elə arzu yaşat mənə, Çatım,qalım gözlərində! Qoy dünya məni unutsun, Dilin söyləməsin,sussun, Yalnız gözlərin anlatsın, Gedim ,qalım gözlərində? Dilarə bir canda qonaq, Hər yerdə,hər yanda qonaq, Saxla gözlərində qonaq, Ya da ölüm gözlərində. Məni Məni səndə itir,axtar, Özgə yerdə gəzmə məni, Satma yada,vermə bada, Sənsiz qoyub üzmə məni. Qoxunu meh ilə göndər, Öpüşü şeh ilə göndər, Sevgini ruh ilə göndər, Cismə,nəfsə yozma məni. Nə Əsliyəm,nə Leyliyəm, Nə həsrətdən gileyliyəm, Mən eşqi pünhan əhliyəm, Vərəqlərə yazma məni. Çıxma Fərhadtək dağlara, Yaz qonaqdır budaqlara, Eşq aşiqdir yasaqlara, Sınaq et dözümə məni. Dilarə haldan halidir, Qəribəlik öz halıdır, Sözü özdən bahalıdır, Ürəyindən pozma məni. |
Şiirin dizelerinde çok güzel bir anlatim tarzı var, haz alarak okudum.
.................................................... Saygı ve selamlar..