Mən baxış adamıyam. Bağışla
BAXIŞ ADAMIYAM
Gözləyirəm baharı, Sanma qış adamıyam, Dilinlə sevmə məni, Mən baxış adamıyam. Qəlbdə sarı simim var, Ruhdan özgə kimim var? Sən leysan ol,gəmim var Mən yağış adamıyam. Zirvələrdə gözüm yox, Səbr etməyə dözüm yox, Dırmanmaqdan dizim yox, Mən yoxuş adamıyam. Sübhlə doğan gün mənim, Yol sənin ,sürgün mənim, Rəngim ol hər gün mənim, Mən naxış adamıyam. Dilarə,bundan sonra, Gecəyəm gündən sonra, Fələyin səndən sonra, Qəlbi daş adamıyam. Bağışla Ürəyimin başında çırmanıb oturub qəm, Qulağıma sükutu bağırıb,batırıb qəm, Ilə dönüb saniyəm,əsrə dönüb dəqiqəm, Həsrətə alışmağı bacarmadım,bağışla! Daşı dəlib yol açan çiçək kimidir ümid, Dilində yuva qurar heç çəkməyəcəyin ad, Qəlb yoldaşım sən oldun,yol yoldaşımsa həyat, Talelə barışmağı bacarmadım,bağışla! Qınaq olum yadlara ,çoxu qınasın məni, Sevgimə əmin olsun həyat,sınasın məni, Dünyanın bir ucundan çağırsın səsin məni, Bəxtimə qarışmağı bacarmadım,bağışla! Gizlidə axan yaşa hesab tutar mələklər, Qəribsəmiş tellərə təsəllidir küləklər, Gözləyirəm adını yanımda çəkəcəklər, Mən özüm soruşmağı bacarmadım ,bağışla! Dilarə Süleymanın bitməz həsrət sınağı, Gözləyər haqqı çatan,əl çatmayan qonağı, Həmdəm bilib qələmi,dost eylədim varağı, Durub yollar aşmağı bacarmadım,bağışla! Dilarə Süleyman |
Anlam dolu Güzel dizelerin sahibini,
Canı gönülden kutlarım.
Nice güzel eserlere İnşaallah
Kocaman yüreğiniz hiç susmasın efendim.
__ Selam ve Duâ ile Saygılar.