Doğrular. Bağışla Vatan!
Doğrular
Ölüm çarə deyil,ölüm qaçışdır, Savaşa bilməyib sınanlar üçün, Həyat təhlükədir,tək yol uçuşdur, Sınaqdır zirvəyə qonanlar üçün. Ürəyin körükdür,nəfəsin alov, Qılınc olmaq üçün döyüləcəksən. Ya sınıb,ya bişib olacan bütöv, Ya səndən sərtinə əyiləcəksən. Qurdlar süfrəsində qurd olacaqsan, Dişlilər yeyəcək dişin yoxdusa, Ya əsir ,ya da ki yurd olacaqsan, Başlar sevər səni başın yoxdusa. Yağılar yurdunda toy qurub oynar, Baxarsan,ürəyin yara bağlayar, Getməsən Vətənin həsrətdən göynər, Ölsən yaxınların qara bağlayar. Hər kəs hünəriylə sevər Vətəni, Can vermiş yolunda igid oğullar, Ya fəda eyləyək əmanət canı, Ya bəlkə Mübariz bir də doğular! Bir tikə çörəyin dərdinə düşüb, Başımız qarışıb baş qatanlara, Işsiz əllər bir gün yaman gicişib, Daş atar ,daş atıb baş tutanlara. Hər kəsin içində hazır vulkanı, Mənim yazmaq gəlir əlimdən hələ, Verə bilməsəm də bir qaşıq qanı, Deyəcəm,dilimi kəssələr belə. BAĞIŞLA Şəhidinin ruhu hələ nigaran, Qazilərin yaşamadı firavan, Bizik dildə əsgər olan,söz qovan, Arzulara çatanmırıq,bağışla! Vətən,səndən utanmırıq,bağışla! Tapdandı millətin namusu,arı, Əsir düşdü qız-gəlin,qoca ,qarı, Ayaqlanıb gedənmirik yolları, Biz sənə üz tutanmırıq,bağışla! Vətən,səndən utanmırıq,bağışla! Özgələrdən umuruq imdad hələ, Doğma yurda bizik özgə,yad hələ, Başımıza ələnməyir od hələ, Ölüb yerə batanmırıq,bağışla! Vətən,səndən utanmırıq, bağışla! Susmaz qəlbimizdə Vətən həsrəti, Xatırlarıq göz yaşıyla xəlvəti, Sənsiz olmaz nə söyləsək urvatı Xəcalətdən itənmirik ,bağışla! Vətən,səndən utanmırıq,bağışla! Mərd babalar süzür bizi heyrətlə, Gələcəklər anacaqdır dəhşətlə. Nəfsimizdən kiçik olan qeyrətlə, Səngərlərdə yatanmırıq, bağışla! Vətən, səndən utanmırıq, bağışla! Vətən, səndən utanmırıq, bağışla! Dərdlərinə yarımağı bilmirik, içimizi arımağı bilmirik. Kişi kimi qorumağı bilmirik, Nə də tamam satanmırıq, bağışla! Vətən , səndən utanmırıq, bağışla! Dilarə nə yazsa vəsf edə bilmir, Sözlər ürəkdəki həsrəti silmir, Gözləyirsən,gedənlər geri gəlmir, Əl uzadıb tutanmırıq,bağışla! Vətən,səndən utanmırıq,bağışla! |
Şiire verdiğiniz emeğinize sayğı duyuyorum ve çok beğeniyorum...
.................................................... Saygı ve selamlar..