Gecələr 💐 Duyğular
Gecələr yol yoldaşım, gecələr sirdaşımdır,
Ruhumda şimşək çaxar, yağışı göz yaşımdır, Sükut pıçıltılarım, zülməti baxışımdır, Dəniz tək dalğalanıb duruluram gecələr, Çağlayan xəyallara vuruluram gecələr! Arzumun çöllərinə hələ ləpir düşməyib, Xəyalım dağlar aşıb, ümidləri aşmayıb, Qəlbim həsrət odunda yanıb , daha bişməyib, Fikrimdəki qovğadan yoruluram gecələr, Mən dəli duyğulara vuruluram gecələr. Gözümdə uzanır yol, nə başı, nə sonu var, Mənim eşqim qəribə, hicran süslü donu var, Gecənin huzurunun mən ə aid anı var, Gündüz canım yansada dirilirəm gecələr, Doğulduğum küllərə vuruluram gecələr. Uldüzlarla baxışıb, aya könül verirəm, Sərin mehin dindirib , sorağını alıram, Eşqimin sahibinin hüzurunda dururam, Vüsalın müjdəsinə sarılıram gecələr, Məni saran hallara vuruluram gecələr. Yeni günə ruhumu təmizləyər gecələr, Laylasıyla körpə tək əzizləyər gecələr, Məndən mənə aparan yol gözləyər gecələr, Vicdanımla üzləşib ,mən oluram gecələr, Sözlərə, şeirlərə vuruluram gecələr. Duyğular Həyat inad oyunudur, Göz çıxarır,qaş düzəldir, Haqqı nahaqqa yedirir, Düzəltdiyin çaş düzəldir. Bostanıma daş da atır, Hər ürəkdə aslan yatır, Qarışqaya filə xatir Şeytan özü iş düzəldir. Can da deyir cansızlara, Can yandırır qansızlara, Möhtac qoyur dinsizlərə, Başsızlara baş düzəldir. Iş həll olur qucaqlarda, Düz qısılır bucaqlarda, Quru yanmır ocaqlarda, Vəziyyəti yaş düzəldir. Dilarə dərvişdir dəli, Qəlbi yanmış söz məşəli, Kəsməyir,qısalmış dili, Kəlmələrdən diş düzəldir |
Beğenen ve paylaşan yüreğine sağlık...
_______________________________Saygı ve selamlar..