ÜREYİMİN PARASI
Həzin-həzin dillənir könlümdə saz havası,
Sənsiz həyat qışdırsa,varlığın yaz havası, Bu yollar,bu məsafə,bir də gözüm qorası, Çovğunlu qış gecəsi.... Bir də adın dilimdə, Ürəyimin parası... Ruhumda əsir külək, gözlərimdən nəm çəkir, Işıq tutan nə bilir,acıları şam çəkir, Dodaqlar gülümsəyir,canda kimdir qəm çəkir? Xəcalətlə,xəlvətcə.... Ürəyimə dar gəlir hicranın bu qəfəsi, Ürəyimin parası....! Baxan gözlərə baxır,məni görmür içimdə, Bir,parça qapıb gedir yoxluğun hər hücumda, Səni anladır həyat min donda,min biçimdə, Mənlə başlayır hər şey,sən olur nəticəsi, Ürəyimin parası.....! Dilarə Süleymanın xəyalı göy qurşağı, Dünya məndən yuxarı,dünya səndən aşağı, Həsrətin qaranlığı,gözlərimin işığı, Ruhumun pıçıltısı,sözlərimin hecası, Məndə əmanətindir,gəl apar bu nəfəsi, Bir ölür,min dirilir ümidlərin hərəsi... Ürəyimin parası! |