Tövbə 💐 Yağış
TÖVBƏ
Dünya malı,hesab günü çatmayacaqsan dadıma, Hər nemətin haqqı körük olacaqdır fəryadıma. Qırdığım qəlb,aldığım ah,yediyim haram qatilim, Bircə zərrə yaxşılığım varsa gələr imdadıma. Dinlədiyim ,danışdığım qeybət duracaq üzümə, Danışdığım yalan kəlmə odun olacaq oduma, Tövbə,tövbə ,tövbə deyib etiraf etdim günahı, Mərhəməti sonsuz olan Tanrım yetişsin dadıma. Nəfsim içimdə yalquzaq, sürüklər günaha məni, Sığınaraq imanıma,silahlandım inadıma! Tərk elə,düş gözümdən ey dünya,burax ruhumu tək, Hər yol Rəbbimə dönəcək,xilaf olmayım andıma. Dilarə,eşqin adı var,cəzası var,həsrəti var, Yol uzaqdır,yük eyləmə bu dünyanı qanadıma! YAĞIŞ Nələr pıçıldayır,nələr danışır, Mənimlə dərdləşir asta bu yağış, Ruhumda səslənən sözə qovuşur, Bəmdən cilvələnən bəstə bu yağış . Buludun kefini pozub küləklər, Sevinir ağaclar,yamyaşıl ləklər, Ruzi göndərirlər bizə mələklər, Nazlanır yarpağın üstə bu yağış. Kiminin damından evinə yağır, Kiminin ruhuna,qəlbinə yağır, Bu tənha çiçəyin dibinə yağır, Çevrilir sirdaşa,dosta bu yağış. Süzülür gözümün pəncərəsindən, Diksinir göylərin kükrəməsindən, Həsrət gilələnir yağış səsindən, Mənim tək hicrandan xəstə bu yağış |
Kutlarım…
Söze çok yakısan duygu ve sevgi, ikisi bir arada siir olmus gönüllerde...
.................................. Saygı ve Selamlar..