Ey dost!
Ürəyimi əzən dərdi necə deyim sənə ey dost?
Köhnə yara nə qədərdi,üstə gəlir yenə,ey dost! Bir ah çəkib ağla məni,dilbilməzdi çoxu indi, Boğulub göz yaşına can,sözü yoxdur dinə ,ey dost! Yolun şaşırmış qataram,dərd yükləyib,qəm dartaram, Vicdanıma yenilmişəm,məhbəsimdir sinə,ey dost! Can verdikcə borclanmışam ,can qalmamış can söyləyəm, Güvənmişəm,inanmışam,düşmüşəm nə günə, ey dost! Gözlərimdə yaş qalmamış axıtmağa öz-özümə, Hisslərim baxmaz sözümə,dağılar hər yönə ,ey dost! Dilindəki acı qədər kiçik,ötəridir dünya, Dilarənin çevirəcək çərxini tərsinə ,ey dost! |
Duygusal şiirinizi severek ve haz duyarak defalarca okudum...
.................................. Saygı ve Selamlar..