DURĞU İŞARƏTLƏRİ
***
Ömür ardarda yazılan cümlələr kimidir, durğu işarətləri qoymadan yaşamaq olmur. həp öndə üç nöqtədir, gününü verğüllə başlarkən bir loxma əppək üçün birisinin önündə sual işarəti olursan, bəzən də iki nöqtə: Sənə bənzər o qədər sadalanası əşyalar var ki. Həyat ağıl üçün nədir- bir topa insan kütləsi, bağlayıcısız zaddsız, bəzən tire,bəzən defis... Və horizontaldan vertikala qat-qat,lay-lay. Səni nasıl yazarlar allah bilir, azacıq sayğılıysan uzağı defislə,ya vegıllə birilərinə qarışıb yaşarsan, əgər yaşatlarsa səni. İçində bir qəzəb yaşar, arasına vegül atıb nifrət doğarsan yeddi basamaq üstündəkilərə, üstün olmamışkən onlar. Və bir umud yaşarar ilk çərşənbə, qar gülləri kimi, köksündən burulub ditlər, günəşi duyarsan sırtında, haqqı yeyilmiş topraq mı, bomboz hava mı,xlorlu su mu? Hər kimsənin unutduğu nöqtəli vegül xatırlarsan, tutub xəyalların nimdaş ətəyindən mələk bilərsən, gedəcəyin son qapı Tanrınınsa... Hayqırarsan o qatlara bir gün nida olacaqlardan. Bəlkə də,günlərin o bir günü nida olacaqsan, Nida !!! *** |
Yüreğine emeğine sağlık usta
_________________________________Selamlar