SÖZLƏR VƏ DAŞLAR
"""
""" Okula bir getdik, bir oxuduq universitəni, bir qoxladıq kirayə evlərin kif qoxusunu, bir çəkdik başımıza yüz qram rus vodkasını, o dişləyən pendiri mən qapdım, mən kəsən əppəkdən o qopardı, hər ikimiz ucundan bir az qopardıq... xazeykanın əta etdiyi xiyar turşusunu, hələ çocuq duduşuna bənzətdik naşükürcəsinə... Bir böyüdük çiyin-çiyinə, mən velvet o kot pantalonda, siçan sidiyi daman tavana qədər böyüdük. Və böyüdük... Hər zamanın sonrası olmuş olur ya... Sonraları əvvəllərindən fərqli yaşanar, nədən ki,həyat qanunlarını sevər, insanlarını deyil. Biz də yaşadıq böyləcə, həyata uyub, ayrı-ayrı şəhərlərdə başqa-başqa yaşadıq, başqa cür yaşadıq, mən qürura,o nəfsə dayanıb göylər ipimizi üzənə kimi. Və öldük... Ayrı-ayrı yerlərdə, başqa-başqa bucaqlarda bir torpağa gömüldük, mənimki azacıq gilli soyuq, onunku azacıq qumlu sıcaq. Məndən sonra beş-on söz qaldı, ondan sonra beş-on daş. Mənim sözlərimi onun daşlarına yazdılar. Gəldilər baxdılar, "nə gözəl sözlərdi"-söylədilər, amma daşı öymədilər... Həyatın gerçək fəlsəfəsi budur,qaliba. """ xazeyka (rusca)-ev sahibəsi |
Qelemin susmasın
___________________________Salamlar