HƏYATDA TUTASI NƏYİM OLDU Kİ...*** Həyatda tutası nəyim oldu ki, Gözəl düzəməlli şeyim olmadı. Sandım o dağların dalı mənimdir, Aşmağa keçməyə heyim olmadı. * Eylədim min çaba,səy başım üstə, Əyilsin budağım əy başım üstə, Gədədən bəy oldu bəy başım üstə, Bəyimdən bəy oğlu bəyim olmadı. * Ha bağır,ha söylə,danış,boy verən, Olmadı bir dəryam tanış,boy verən, Boyuma ölçdülər qamış boy verən, Boyumdan yuxarı öyüm olmadı. * Bilmədim ağacdı,koldu allahım, Gözlərim çəkdiyi yoldu allahım, Demirəm olmadı,oldu allahım, Allahı saxlayan göyüm olmadı. ... Həyatda tutası nəyim oldu ki?!... *** |
Qelemin susmasın
______________________________Salamlar