2
Yorum
6
Beğeni
5,0
Puan
849
Okunma
Düşünürsən ki, bəs nə olub bizə?
Sən həmənki sənsən, mən o deyiləm!
Soruşma nə zaman gəlsək göz-gözə,
Sən həmənki sənsən, mən o deyiləm!
Sanma ki, əhdimi pozmuşam artıq,
Səni ürəyimə yazmışam artıq.
Mən öz zülmətimdə azmışam artıq,
Sən həmənki sənsən, mən o deyiləm!
İçində itdiyim çəni tapmıram,
Ağarası başım, dəni tapmıram,
Sənin dünyandakı məni tapmıram
Sən həmənki sənsən, mən o deyiləm!
Məni axtar gənclik xatirəmizdə,
Yenidən biz olaq, yaşayaq bizdə,
Nə olar yu məni, məndən təmizlə,
Sən həmənki sənsən, mən o deyiləm!
5.0
100% (3)