2
Yorum
4
Beğeni
5,0
Puan
1327
Okunma
Qəlbinə qurduğun dar ağacında
İpə keçir gülüm, as öldür məni
Orda sevda seli, hiss burulğanı
Varsa gür yerinə bas öldür məni
Sevdam boynu bükük köksündə qəhər
Axı mən nə edim dözüm bir təhər
Hər küskün baxışın ömrümə zəhər
Nə olar son dəfə küs öldür məni
Təsəlli, təskinlik yanımdan ötər
Bu eşq nə doyurmaz, nə bizə yetər
Bərabərliyin zor, hicranın betər
Əlini əlimdən kəs öldür məni
Bu od, alov hardan etdi sirayət
Artıq dayanmağa yoxdur dirayət
Nə bu şükürsüzlük, nə bu şikayət
Bari bir azcıqda sus öldür məni
İstədim ömrümü səninlə bölüm
Bəlkə bu həyatdan yaxşıdır ölüm
Baxanlar kimsəsiz deməsin gülüm
Bağrının başına bas öldür məni
5.0
100% (4)