1
Yorum
1
Beğeni
0,0
Puan
2239
Okunma
Sən peyğəmbər gülüsən
Mən sənin kölgəndəyəm
Misk-i ənbər gülüsən
Mənsə sənin haləndə devr edən sazəndəyəm
Çəhrəndəki təbəssüm könüllərə nur saçar
Dünya gülüstan olar
Inanıram ki bir gün dövran o dövran olar
Bu təkcə mənim deyil insanlığın hicranı
Çəkənlər iplə çəkir
Nəbini sevindirən sənin güldüyün anı
Sən peyğəmbər gülüsən
Sevgili peyğəmbərin eşqiylə yanan gülsən
Peyğəmbər ümmətinin dərdinə dərman gülsən
Gözlərində bunca yaş
Ürəyində min təlaş
Peyğəmbəri üzməzmi?
Səndən gilələnən yaş
Gül artıq yavaş-yavaş
Atlasdan çəpkənli igid axıncın
Qayıdır geriye, qayıdır artıq
Bitməzmi bu çilən,
bitməzmi sancın
Məncə sevinmənin hayıdır artıq
Sən peyğəmbər gülüsən
Hər yerdə yanqılandı, çıxardığın qutlu səs
Sənin bu göz yaşların oldu çöllərə nəfəs
O sahib çıxır sənə
Onunçün axan yaşın zərrəsi olmur əbəs
Sən peyğəmbər gülüsən
Sən peyğəmbər gülüsən
Misk-i ənbər gülüsən
Axır zaman dövrünün ən tazə tər gülüsən!
Elsever Alıyev