Ben kimim?Dünyaları eridən bir ocaq var içimdə Eriyib axan alov yanar yandırar məni Canandan bir təcəlli doğsa əgər ruhuma Bir mənalı baxışda donar dondurar məni Kim acı tərəfimin baxmayıbsa dadına Şirin tut bəhməzinə banar bandırar məni Həyat eniş və yoxuş, hərgah kökdən düşərsəm Hal əhli bir duada anar andırar məni Bəzən şimşəklər çaxar beyin qıvrımlarımda Xəyalımda tüllənən sınar sındırar məni Bir bədənə həbs edər cahil məndəki ruhu Ruhumsa ulduzlara qonar qondurar məni Aman naşı ustaya vermə könül parçamı Şəkilsiz və plansız yonar yondurar məni Batinimdə sonsuzluq, sonsuzluq yolçusuyam Zahirimsə dünyalı sanar sandırar məni |
Dünyaları eridən bir ocaq var içimdə
Eriyib axan alov yanar yandırar məni
Canandan bir təcəlli doğsa əgər ruhuma
Bir mənalı baxışda donar dondurar məni
Kim acı tərəfimin baxmayıbsa dadına
Şirin tut bəhməzinə banar bandırar məni
Həyat eniş və yoxuş, hərgah kökdən düşərsəm
Hal əhli bir duada anar andırar məni
Bəzən şimşəklər çaxar beyin qıvrımlarımda
Xəyalımda tüllənən sınar sındırar məni
Bir bədənə həbs edər cahil məndəki ruhu
Ruhumsa ulduzlara qonar qondurar məni
Aman naşı ustaya vermə könül parçamı
Şəkilsiz və plansız yonar yondurar məni
Batinimdə sonsuzluq, sonsuzluq yolçusuyam
Zahirimsə dünyalı sanar sandırar məni
Güzeldi beyitler haz aldım okurken yüreği kalemi selamlıyorum
Yürek sesin hiç susmasın
_______________Selamlar