0
Yorum
5
Beğeni
5,0
Puan
461
Okunma
Könlüm, olanlarda nədir ki payın?
Külli iradəsiz heç nə var olmaz
Nə asi ol, nə namərd ol, nə xayın
Haqqa üsyan etmək ağla kar olmaz!
Necə yaşamışam onsuza kimi?
İndi aşiqiyəm cansuza kimi
Elə yar seçmişəm sonsuza kimi
Fani olanlardan vəfədar olmaz!
Həmahəng ol kainatın virdinə
Dərdimənd ol insanlığın dərdinə
Könlünü ver Haqqa varan bir dinə
Bəlkə ukbalarda ahu-zar olmaz
Qoyma şərri şeytan soxa qəlbinə
Nəzər edə, Allah baxa qəlbinə
Rəhmət yağa, ilham axa qəlbinə
Başqa türlü dildən hikmət car olmaz
5.0
100% (4)