İNDİ SƏNİ BAŞQA CÜRƏ SEVİRƏM
***
""" Əvvəl əvvəl başqa cürə sevərdim, İndi səni başqa cürə sevirəm. Ruzimiydin öynə-cirə sevərdim, İndi səni başqa cürə sevirəm. "" Daş atmışam yorulmuşam,elə bil, Kötük üstə yarılmışam,elə bil, O sevgiyə darılmışam,elə bil, İndi səni başqa cürə sevirəm. "" Öynəmdən də,cirəmdən də sən gərək, Ən lazımım,ən vacibim,ən gərək, Bu sevgiyə bir ad qoyam mən gərək, İndi səni başqa cürə sevirəm. "" Girəcəyim son evim,son qapım sən, Son mənzilə əməl yüküm-yapım sən, İçimdə son qırılacaq sapım sən, İndi səni başqa cürə sevirəm. "" Yoxsa gəldi? Yığın dərin vaxtıdır, Ara soyuq,ara sərin vaxtıdır, Elə əsl sevənlərin vaxtıdır, İndi səni başqa cürə sevirəm. """ |
Qelemin susmasın
______________________Salamlar