GƏLİM O YERLƏRDƏ QALIM
***
""" Bir yer bulun mənə dostlar, gəlim o yerlərdə qalım. Ömür sürüm adam kimi, ölüm o yerlərdə qalım. "" Öpə bilim kaş üzündən, o toprağın daş üzündən, iki damla yaş üzündən silim,o yerlərdə qalım. "" Qanad çalım,quşam desin, ağam desin,paşam desin, yaşam bax bu yaşam desin dilim,o yerlərdə qalım. "" Kəsməyən ağlım- cənnətim, bir boğça bağlım-cənnətim, tamaşam,nağlım-cənnətim film,o yerlərdə qalım. "" Nə haqq üstə qamçılana, nə toprağa qan çilənə, nə qəm-qüssə,nə çilə,nə zülüm,o yerlərdə qalım, bir yer bulun mənə,dostlar, gəlim o yerlərdə qalım. """ |
Kalemin susmasın
_________________________Selamlar