KOR TİKAN...GÜL QOXU
***
*** Sıfra yaxınlaşır iki balansım: Biri telefonumun,biri ömrümün. Son xəbər çalınır hər ikisində. Sən sus son xəbəri,kiri,ömrümün. * Qanqalının könlündən gül olmaq keçər, Gülünsə tut olub çanqal olmağı. Kor tikan,gül qoxu... Gözəl deyil mi Gül kimi yaşayıb qanqal olmağın. * Heç qanqal olmadım mən taxıl boyu, Taxıl o,qoynunda lalə saxlayar. Ən gözəl ömürlər qəmli ömürlər, Öz çiçək gözündə jalə saxlayar. * Kor tikan...Gül qoxu. Bilirsən mi heç Adamın əlində nə şanslar olur?! Bəlkə də tanrını qane eyləyən Sıfra yaxınlaşan balanslar olur. * Son dəfə,son mesaj göndərə bilsəm. Şarjımdan nigaran yanıb sönürəm. Heç xoşbəxt olmadım qanmazlığımda, Bədbəxtəm,qanmağı qanıb sönürəm. *** |
Şiir şahane bir duygu şelalesi ...
Duygular nakış nakış işlenmiş. beğendim...
Yetkin kaleminiz daim olsun...
............................................... Saygı ve selamlar..