AH,YENƏ BU GECƏ
***
*** Hansı maddədir tükənir bilməm, Nə atəş,hansı od sönür içimdə. Gecə ay işığı gümüşə dönən Dəniz mi damlaya dönür içimdə. * Üç nəfəs bir nəfəs içinə sığmır, Dartılır sinəmdən hülquma doğru. Ayaq havasına,əl havasına Çəkir karvanımı ilğıma doğru. * Bir kiprik bəs edər tapşıra canın, Yuxu gözlərimdə asılı qalıb. İçimin nə qədər qapıları var Zəngi zil səsində basılı qalıb. * Gündə- günaşırı dəli başımın Bax yenə tutacaq tutması,allah. Acı tikanları canıma batır, Nə pis şey bu günün batması,allah. * Qadın yaxasında düymə deyil ki Oynada-oynada açım sabahı. Elə istəyir ki... Qarı- qız kimi Könlüm dan yerini,içim sabahı. *** |
Qelemin susmasın
______________________________Ssalamlar