YUXUMA GƏLDİ ATAM
***
*** Üzün düşərli olsun, Yuxuma girdin,ata. Günün altında durma Vurar,deyirdin,ata. * İnanmıram,atacan Bir də günümüz olsun. Qoy vurur vursun,təki Yerdə günümüz olsun. * Sən yoxuydun,gəldilər Bizim vəri aldılar. Ağacları kəsdilər, Kölgələri aldılar. * Nə göylərdə quş qalıb, Nə çaylarda balıq var. Nə qarmağım tutası, Nə biləsi xalıq var... * Mənim yuxum bərk olur, Yatam,kal ayılmaram. Çıxma yuxumdan,hələ Bir az qal,ayılmaram. * Qal bir az da.Dərdləşək. Danışım,anla məni. Bacadan yağış damır, İstəsən danla məni. * Nəvələrin gəlmişdi. Elə bu yaz.Yaxında. Həmzə uzaqlardadır, Gülgün bir az yaxında. * Elə xatırlayırlar... Elə baba deyirlər. Səni çox istəyirmiş Bu el-oba deyirlər... * Axtardım şəkilləri, Kağıza çəklin yoxmuş. Asam divardan,ata, Anamla şəklin yoxmuş. * Gedim Quran oxudum. Haqdan rəhmət olarsa... Gəlmə yuxuma tez-tez Əgər zəhmət olarsa... *** |
Şiiriniz yine çok güzeldi yüreğinize gam, keder değmesin...
........................................ Saygı ve Selamlar..